ABŞ-da pandemiya qurbanlarının sayı 24 minə yaxınlaşır

ABŞ-da pandemiya qurbanlarının sayı 24 minə yaxınlaşır

ABŞ-da son sutkada daha 1 533 nəfər koronavirusdan ölüb.

 Aktual.az "Report”a istinadən   xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 23 649-a çatıb.
Bildirilib ki, ştatlarda daha 25 056 nəfərə koronavirus diaqnozu qoyulub və infeksiya daşıyıcılarının sayı 582 634-ə yüksəlib. 
Eyni zamanda indiyədək ABŞ-da 44 308nəfər koronavirusdan sağalıb. 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 946 000-i ötüb. Bunların 460 146 nəfəri sağalıb, 121 2710 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR