AB nazirləri Bakı və İrəvanı müzakirə edəcək

AB nazirləri Bakı və İrəvanı müzakirə edəcək

Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesi Avropa Birliyinin Xarici Əlaqələr Şurasının iclasında müzakirə olunacaq.
Aktual.az  xəbər verir ki, bu barədə Avropa Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu gün Brüsseldə AB diplomatiyasının rəhbəri Jozep Borrellin sədrliyi ilə keçiriləcək iclasda AB xarici işlər nazirləri ABŞ Dövlət katibi Entoni Blinkenlə onlayn formatda fikir mübadiləsi aparacaqlar.
"Cari məsələlər çərçivəsində ali nümayəndənin Ermənistan və Azərbaycanın problemlərinə, bu iki ölkə arasında münasibətlərin normallaşması prosesinə, eləcə də AB-nin Ermənistana dəstəyinə toxunacağı gözlənilir”, - məlumatda qeyd olunub.
Xəbər 119 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR