AÇ: Azərbaycanın son 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq

AÇ: Azərbaycanın son 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün son 5 çəki dərəcəsi üzrə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.


"Report"un məlumatına görə, 60 kq, 67 kq, 72 kq, 82 kq və 97 kq-da çıxış edən "klassiklər" döşək üzərinə çıxacaqlar.

Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq. Onlardan birinin ilk görüşü təsnifat, qalanlarının isə 1/8 final mərhələsinə təsadüf edəcək.

60 kq

1/8 final. Murad Məmmədov - David Andrey Ersetiç (Polşa)

67 kq

1/8 final. Kamran Məmmədov - Fredrik Holmquist Byerrehuus (Danimarka)

72 kq

Təsnifat. Ülvi Qənizadə - Anatoli Popov (Moldova)

82 kq

1/8 final. Rafiq Hüseynov - Peter Naqi (Macarıstan)

97 kq

1/8 final. Orxan Nuriyev - Artur Şahinyan (ARM) / Pontus Yohan Lund (İsveç)

Qeyd edək ki, ilk 5 çəki dərəcəsindəki Azərbaycan yunan-Roma güləşçilərindən İslam Abbasov (87 kq) finala yüksəlib. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Elvin Mürsəliyev (77 kq) və Sabah Şəriəti (130 kq) isə bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR