9 ayda azyaşlılara qarşı 470 cinayət hadisəsi

9 ayda  azyaşlılara qarşı 470 cinayət hadisəsi

Bu ilin ilk 9 ayında Azərbaycanda azyaşlılara qarşı 470 cinayət hadisəsi baş verib, onun 133-ü zorakılıqla bağlı olub.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin idarə rəisi Adıgözəl Adıgözəlov uşaq hüquqları ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2010-cu ildən başlayaraq, belə cinayətlərin dinamikasında azalma müşahidə edilir.

A.Adıgözəlov bildirib ki, əvvəlki illərdə uşaqlara qarşı törədilən zorakılıq cinayətləri müəyyən qədər məişət zəminində baş versə də, bu il zorakılıqla bağlı törədilən 133 cinayətin çox cüzi bir hissəsi - 7-si məişət zəminində olub: "Azərbaycan ailələrində bəzi zorakılığa məruz qalan uşaqların nə özləri, nə də valideynləri hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Bu da sonda böyük fəsadlara səbəb olur".

İdarə rəisi qeyd edib ki, bu ilin ilk 9 ayında polis orqanlarının əldə etdiyi məlumatlar əsasında 41 erkən nikah müəyyənləşdirilib. Onların 15-i ilə bağlı cinayət işi açılıb: "Erkən nikahlar bəzən valideynlərin, bəzən isə uşaqların öz istəyi ilə olur. Amma bütün hallarda məsuliyyətsizliyi valideynlərdə görürəm".

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR