52 illik münaqişəyə son qoydular: TARİXİ BARIŞIQ

52 illik münaqişəyə son qoydular:   TARİXİ BARIŞIQ
  • DÜNYA

Kolumbiya hakimiyyəti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələr (FARC) arasında 52 ildən sonra sülh sazişi imzalanıb.

Aktual.az report-a istinadən bildirir ki, bu, tarixdə ən uzunmüddətli münaqişələrdən sayılır.

Məlumata görə, tərəflər anlaşmanı imzaladıqdan sonra birgə açıqlama veriblər: "Kolumbiya hökuməti ilə FARC-ın nəhayət ki, tam və qəti bir anlaşma əldə etdiyini bəyan edirik. Bu savaş başa çatdı. Artıq yeni yol başlayır. Bu anlaşma daha ədalətli cəmiyyətin qurulmasına yol açır".

Sənədi Kolumbiya hökumətini təmsil edən nümayədə heyəti adından Umberto de la Kaye, FARC adından isə İvan Markis imzalayıb. Umberto de la Kaye yaydığı açıqlamada deyib: "Hədəfimizə yetişdik".

Tərəflər anlaşma ilə bağlı yekun bəyanatı Kubanın paytaxtı Havanada veriblər. 

Xatırladaq, FARC 1964-cü ildən Kolumbiya hökuməti ilə silahlı mübarizə aparır. 220 min insan bu münaqişənin qurbanı olub. Milyonlarla insan öz evindən didərgin düşüb. Kolumbiya hökuməti ilə FARC arasında barışığa dair danışıqlar 2012-ci ilin noyabrında Havanada başlayıb.

Xəbər 541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR