50 milyon borcu olan iş adamı xəstəxanaya düşdü

50 milyon borcu olan iş adamı xəstəxanaya düşdü

"Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan "City Developer" MMC-nin direktoru Ratmir Bəkirov xəstəxanaya yerləşdirilib.

Aktual.az report-a istinadən xəbər verir ki, o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb.
R.Bəkirov əməliyyat ediləcək.

O, əməliyyat edildikdən və səhhəti normallaşandan sonra məhkəməyə aparılacaq.

Qeyd edək ki, R.Bəkirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin artırılması üçün Nərimanov Rayon Məhkəməsinə aparılmalı idi.

R.Bəkirov fəaliyyətini dayandırmış "Simurq" klubunun prezidenti Anar Bəkirovun atasıdır.
Onun "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə təxminən 50 milyon dollar borcunun olduğu bildirilir.

Xəbər 572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR