46 yaşlı kişi dənizdə boğuldu

46 yaşlı kişi dənizdə boğuldu

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

Aktual.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1971-ci il təvəllüdlü Rövşən Arif oğlu Hüseynovun cəsədini sudan çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat bu gün saat 08:05-də başa çatıb.
 
Aktual.az
Xəbər 598 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR