3 yaşlı Zəhranın oğurlanması ilə bağlı cinayət işi açılıb

3 yaşlı Zəhranın oğurlanması ilə bağlı cinayət işi açılıb

Bakıda 3 yaşlı Zəhra Bağırzadənin oğurlanması faktı ilə əlaqədar cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, qeyd edilən faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayəti törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Bağırzadə Zəhra Rəsul qızı 4 iyun tarixində evdən çıxaraq itkin düşüb. O, iki gündən sonra tapılaraq ailəsinə təhvil verilib.


Xəbər 267 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR