29 yaşlı oğlan bıçaqlandı

29 yaşlı oğlan bıçaqlandı

Bakıda gənc oğlana beş bıçaq zərbəsi vurulub.

Aktual.az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.
Belə ki, "20-ci Sahə" adlanan ərazidə, marketin qarşısında 1988-ci il təvəllüdlü Hüseynov Hüseyn Minbudaq oğlu tanışı ilə əlbəyaxa dava edib. Nəticədə o, 5 bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Aktual.az
Xəbər 521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR