Neft niyə sürətlə ucuzlaşır?

Neft niyə sürətlə ucuzlaşır?

Dünyanın neft bazarında alıcı qıtlığı müşahidə olunur. Bu da birjalarda neftin qiymətinin ucuzlaşmasının əsas səbəbidir.
Bu sözləri Aktual.az-a ekspert İlham Şaban deyib.
Ekspertin sözlərinə görə, dünya bazarında neftin qiyməti 74-75 ABŞ dollara qədər geriləyib:
"Bu da onunla əlaqədardır ki, bazara çıxarılan neftin həcmi çox, tələb isə azdır”.
İ.Şaban qeyd edib ki, bu ilin dekabrın əvvəlində OPEC+ çərçivəsində görüşdə 2024-cü ildə neft hasilatının azaldılması ilə bağlı qəbul edilmiş qərarın qüvvədə saxlanılması razılaşdırılıb:
"Bu qərarın qüvvədə saxlanılması dünya bazarında neftin ucuzlaşmasının qarşısını alacaq”.
Ekspert əlavə edib ki, bu ilin sonuna qədər neftin illik orta qiyməti 84 ABŞ dolları proqnozlaşdırılıb.
Xəbər 580 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR