Gürcüstanda daha bir nəfər qripdən ölüb

Gürcüstanda daha bir nəfər qripdən ölüb
  • DÜNYA

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 30 yaşlı kişi qrip virusundan ölüb.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin şəxs qrip simptomları ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Pasiyentin "donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, kişinin ölümünə "donuz qripi”nin səbəb olması laboratoriya şəraitində hələ müəyyən olunmayıb.
Qeyd edək ki, qonşu ölkədə 20 nəfərin "donuz qripi”ndən ölməsi təsdiq olunub. 
Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR