Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

 Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın Xətai rayonunun Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün adı çəkilən ünvanlarda saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Aktual.az-a verilən məlumata görə, alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. 

Məhdudiyyət səhər saatlarına qədər qüvvədə olacaq.

 
Aktual.az
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR