Bağlanan bankların əmanətçilərinə kompensasiya ödənilib

Bağlanan bankların əmanətçilərinə kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 17 oktyabr 2016-cı il tarixdə "Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, "Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 mln. 974 min manat, "Kredobank” ASC-nin qorunan əmanətçilərinə 17 mln. 979 min manat və "Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 850 min manatdan artıq kompensasiya ödənilib.

Aktual.az xəbər verir ki, fonddan APA-Economics-ə verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 104 mln. 623 min manatdan artıq kompensasiya verilib.

Həmin dövrdə "Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 mln. 902 min manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 846 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 748 min manatdan artıq kompensasiya ödənişi edilib.

Ötən gün "Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min manat, "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya verilib.

17 oktyabr 2016-cı il tarixdə "Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 141 mln. 430 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə fond tərəfindən 10 bank üzrə 406 mln. 839 min manatdan artıq kompensasiya ödənilib.

Xəbər 601 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR