Bakıda iki piyadanı maşın vuraraq öldürüb

Bakıda iki piyadanı maşın vuraraq öldürüb

Bakıda piyadaların vurulması ilə nəticənən yol-nəqliyyat hadisələri baş verib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, Buzovna qəsəbəsinin ərazisində, müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Rasim Sayad oğlu Xəlilov vurulub. Nəticədə R.Xəlilov hadisə yerində ölüb.

Analoji hadisə Bakı-Qazax yolunun 34-cü kilometrliyində, Bakının Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində qeydə alınıb. Saatlı rayon sakini 1990-cı il təvəllüdlü Babək Rəhimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini, 1972-ci il təvəllüdlü Vaqif Əzizovu vurub. V.Əzizov hadisə yerində ölüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər 764 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR