Hərbçimiz şəhid oldu

Hərbçimiz şəhid oldu

Münaqişəyə dair danışıqlara məhəl qoymayaraq Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində əsgərimiz şəhid olub.

Aktual.az  Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.

Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib.

Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. 

Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR