Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 13-17, Bakıda gecə 7-9 , gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759-a civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, aprelin 11-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 15-20 , dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq.
 
Aktual.az
Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR