Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 6-9 dərəcə, gündüz 9-11 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarında yağış tədricən kəsiləcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 4-9 dərəcə, gündüz 11-16 dərəcə, dağlıq rayonlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.
Noyabrın 14-15-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü və noyabrın 14-də güclü xəzri küləyinin noyabrın 15-də arabir güclənən giləvar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.