"Azərbaycanda gömrük proseduru sadələşdiriləcək"


Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində gömrük orqanlarının üzərinə mühüm vəzifə düşür.


Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Ümumdünya Gömrük Təşkilatının X illik PİCARD Konfransının açılışında çıxışında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Ümumdünya Gömrük Təşkilatının X illik PİCARD Konfransının Azərbaycanda keçirilməsinin mühüm hadisə olduğunu vurğulayan A.Əliyev gömrükçülərimizin bundan sonra da üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməyə çalışacaqlarını qeyd edib.

Baş nazirin müavini Abid Şərifov isə deyib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib, daxili və xarici investorlar üçün əlverişli şərait yaradılıb. Tarixi İpək Yolunun Azərbaycandan keçdiyini xatırladan A.Şərifov deyib ki, tezliklə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı gömrük prosedurunun sadələşdirilməsi qarşıda duran vəzifədir.

Xəbər 734 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR