18 yaşlı gənc intihar etdi - Şirvanda

18 yaşlı gənc intihar etdi   - Şirvanda

Şirvanda gənc oğlan özünü asaraq intihar edib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, intihar hadisəsi Şirvan şəhəri, 1 May küçəsi 5 ünvanında baş verib.

Şirvan sakini, 1998-ci il təvəllüdlü Günəşov Baladadaş İsa oğlu yaşadığı evin tavanından özünü asaraq intihar edib. Onun meyitini səhər saatlarında asılmış vəziyyətdə aşkar edilib.

İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda gəncin meyiti müayinə üçün Şirvan Məhkəmə tibbi ekspertiza və Pataloji Anatomiya mərkəzinə verilib.

Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər 568 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR