Aktual.az Report-a istinadən xəbər verir ki, Azərbaycanda 126 yaşlı seçici səsvermədə iştirak edib.
Adı 89 saylı Göyçay-Ağdaş seçki dairəsi 24 saylı məntəqəsinin seçicilər siyahısında olan 1889-cu il təvəllüdlü Gözəl Dadaşovanın yaşadığı evə daşınan seçki qutusu gətirilib. O, evində səs verib.
Qeyd edək ki, G.Dadaşova 1889-cu ildə Şamaxının Sünni kəndində anadan olub. Hazırda Göyçay rayonunun Orta qəsr kəndində yaşayır.(report)