- "Həyat yoldaşım mənə xəyanət etdi, bağşıladım" - Məşhur aktyor

-

Məşhur kino aktyorlar Adriano Çelentano və Klaudiya Mori İtaliyanın ən gözəl, eyni zamanda haqqında çox danışılan cütlüyüdür. Artıq onların toylarından 50 il ötür. Lakin buna baxmayaraq, Klaudiya yenə də əvvəlki istedadı və cazibədarlığı ilə bütün diqqətləri üzərinə cəlb etməyi bacarır. Onların sevgi tarixçəsi çəkiliş meydançasında başlayıb. Sonra həyatlarında bir konunun mövzusu qədər melodramatik hadisələr baş verib.

Aktual.az lent.az-a istinadən məşhur cütlüyün həyat hekayəsinə qısa nəzər salır.

Onlar 1963-cü ildə çəkilən “Bir qəribə insan” kinosunun çəkilşləri zamanı tanış olub. Həmin vaxt Klaudiya Adrianoya qəribə baxışlarla nəzər yetirib. Bu isə Adrianoda maraq yaradıb. Adriona soyuqqanlılıq göstərərək, bu gözəl qadının diqqətini cəlb etməyə çalışıb. Sonra qəribə bir əhvalat onları üz-üzə gətirib: Klaudiyanın əlində qırılan şüşə Adrianonun üzünü cırıb. O, dərhal aktyordan üzr istəyib. elə bu andaca onların arasında heç zaman sönməyən məhəbbət alovlanıb.

Evlilkdən sonra Klaudiya həyatını karyerasından daha çox evi, ailəsi və övladlarına həsr edib. Eyni zamanda ərinin kino karyerasında uğurlar qazanması üçün ona əlindən gələn köməyi edib. Sözsüz ki, bütün ailələrdə olduğu kimi, onların da arasında problemlər yaşanıb. Adrianonun tanınmış kino ulduzu Ornela Muti ilə sevgi macərası o dövrün ən böyük qalmaqallarından biri olub. Lakin Klaudiya ərinin bu xəyanətini bağışlayıb. Aktrisaya ərinin xəyanətini niyə bağışladığını soruşduqda həyatda Adrianodan daha maraqlı bir insanla qarşılaşmadığını deyib.

Hazırda onlar Milanda sakit bir yerdə yaşayırlar. Evin girişində isə Klaudianın heykəli var. Heykəlin ətrafında fəvvarə quraşdırılıb.

50 il ötməsinə baxmayaraq, Adriano və Klaudiya bir-birinə qarşı yenə də sevgi və hörmətlə yanaşaraq çox xoşbəxt görünürlər. Bunu onların fotolarından da görmək olar.

Aktual.az

Xəbər 7804 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR