Zarafat üstə bibisi oğlunu öldürdü və 18 il cəza aldı - Foto

Zarafat üstə bibisi oğlunu öldürdü və 18 il cəza aldı - Foto

Bakı Ağır Cinayətlər Məhkəməsində Masallı rayon sakini Cavidan Seyfullayevin CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki,  ötən il mayın 8-də gecə saat 2 radələrində Xətai rayonunun M.Hadi küçəsi, 68A  ünvanında, "Həzi Aslanov" metrostansiyasının yanında baş vermiş dava zamanı naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi (1977-ci il təv.) bıçaqlayaraq qətlə yetirib və hadisə yerindən qaçıb. Səhərisi gün Xətai RPİ və rayon prokurorluğu əməkdaşlarının əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxs qismində əvvəllər məhkum olunmuş Cavidan Seyfullayev tutulub. Məlum olub ki, öldürülən şəxs onun bibisi oğludur. 

Həmin axşam Cavidan Seyfullayev Musa Nurullayevlə kafelərdən birində yeyib-içib, sonra isə oradan çıxaraq metronun qarşısında gəzişiblər. Sərxoş qardaşıların şit zarafatları biri-birlərinin xoşuna gəlməyib, mübahisə zamanı Cavidan bıçaqla Musanı döş qəfəsindən yaralayıb.
 
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza-çəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
 



Xəbər 772 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR