Vladimir Putin Rusiya müsəlmanlarını təbrik etdi

Vladimir Putin Rusiya müsəlmanlarını təbrik etdi

Rusiya prezidenti Vladimir Putin ölkədə yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, dövlət başçısı qeyd edib ki, Rusiyanın müsəlman təşkilatları ölkə və cəmiyyətin həyatında fəal iştirak edirlər.
"Bu parlaq bayram ölkədə həm dini icmalarda, həm də ailədə geniş şəkildə qeyd olunur. Əlbəttə, əcdadların ənənələrinə gənclərin də qoşulması vacibdir. Bu cür faydalı və böyük iş hörmətə və dəstəyə layiqdir", - deyə Putin bildirib.
 
Aktual.az
Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR