Lənkəran ŞRPŞ: "Özünü polis şöbəsinin inzibatı binasından yerə atan qadın cinayət məsuliyyətindən yayınmağa cəhd göstərib"

Lənkəran ŞRPŞ:

 "Polis idarəsində işgəncələrə məruz qalmasını iddia edən qadın həqiqətə uyğun gəlməyən məlumatlar yaymağa çalışır". 

Bu barədə "Report"a Lənkəran Şəhər Rayon Polis Şöbəsindən (ŞRPŞ) bildirilib. 
Məlumata görə, rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün, 46 yaşlı Yaqut Əliyeva 4 il əvvəl törədilən qətl ilə bağlı ifadəsi alınması üçün bölməyə dəvət edilib: "Ondan törədilən qətldə əlinin olub-olmadığına dair izahat alınıb. İzahat alınandan sonra nəzarətsiz vəziyyətdə qalan qadın özünü polis şöbəsinin inzibatı binasının ikinci mərtəbəsindən yerə atıb. Bununla da məsuliyyətdən yayınmağa çalışıb. Qadına qarşı heç bir zorakılıq əməlindən istifadə edilməyib. O, ictimaiyyətdə cinayət məsuliyyətindən yayınmaq üçün heç bir həqiqətə uyğun gəlməyən məlumatlar yaymağa çalışıb".  
Həmçinin vurğulanıb ki, Y.Əliyeva idarənin rəis müavini Əlifağa Kazımova şifahi izahat verib. 
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanıb.
 
Aktual.az
Xəbər 537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR