Daşkəsəndə qonşular arasında dava: Xəsarət alanlar var

Daşkəsəndə qonşular arasında dava: Xəsarət alanlar var

 Daşkəsən rayonunda qonşular arasında dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qabaqtəpə kəndində baş verib. 
Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ayaz Məhərrəm oğlu Əliyevlə onun qonşusu, 1937-ci il təvəllüdlü İsmayıl Əli oğlu Məmmərov arasında mübahisə yaranıb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Dava zamanı küt alətlərdən də istifadə edən qonşuların mübahisə etməsinin səbəbi Daşkəsən Rayon Polis Şöbəsində araşdırılır.
 
Aktual.az
Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR