Benzin və dizel bahalaşır - Türkiyədə

Benzin və dizel bahalaşır - Türkiyədə
  • DÜNYA

Sabahdan etibarən Türkiyədə benzin və dizel yanacağının satış qiyməti qalxacaq.

Aktual.az  report-a istinadən xəbər verir ki, bu barədə Neft Məhsulları İşəgötürənlər Təşkilatı məlumat yayıb.

Məlumata görə, benzinin qiyməti 14 kuruş, dizelin qiyməti isə 12 kuruş qalxacaq.
Beləliklə, İstanbulda 1 litri 5,24-5,26 Türkiyə lirəsinə (2,48-2,49 manat) satılan 95 oktanlı benzinin qiyməti 5,38-5,40 TRY-ə (2,55-2,56 manat) yüksələcək. Dizel yanacağının 1 litrinin qiyməti isə 4,57 TRY-dən (2,16 manat) 4,69 TRY-ə (2,22 manat) qalxacaq.
Qeyd olunur ki, yanacağın qiymətindəki gözlənilən artım ölkədə ABŞ dollarının sürətlə bahalaşması ilə əlaqədardır.
 
Aktual.az
Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR