Bakıda ev yandı: zəhərlənən var

Bakıda ev yandı: zəhərlənən var

Paytaxtda yanğın hadisələri qeydə alınıb.

Aktual.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, səkkizmərtəbəli yaşayış binasının 7 və 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 5 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 7-ci mərtəbədə vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları və 8-ci mərtəbədə digər vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin lambirdən ibarət tavanı 4 kv.m sahədə (ümumi 144 kv.m) yanıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 07:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan taxta konstruksiyadan ibarət, birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 kv.m sahədə və bir otağında ev əşyaları 10 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Aktual.az
Xəbər 45 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR