Bakıda avtomobil dayanacağında baş verən yanğın söndürülüb

Bakıda avtomobil dayanacağında baş verən yanğın söndürülüb

Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri tərəfindən söndürülüb.

Bu barədə Aktual.az-a Nazirlikdən məlumat verilib.
Yanğın zamanı xəsarət alan olmayıb.

***
 Bakı şəhərində açıq sahədə yanğın başlayıb. 

Bu barədə Aktual.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb edilib. 
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 
Əlavə məlumat veriləcək.
 
Aktual.az
Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR