Məşhur aktyor HƏBS OLUNDU

Məşhur aktyor HƏBS OLUNDU

Bollivud ulduzu Salman Xan haqqında həbs qərarı çıxarılıb.

Aktual.az Publika.az-a istinadən xəbər verir ki, məşhur aktyor nəsli tükənməkdə olan antilopları ovladığı üçün ittiham edilib.
Aktyor məhkəməyə çıxarılıb və 1998-ci ildə təşkil edilən bir ov şənliyində 2 antilopu vurduğu üçün 5 il həbs cəzası alıb.
Eyni şənliyə qatılan Bollivud ulduzları Saif Əli Xan, Sonali Bendre, Tabu və Nəlam Kotari isə dəlil çatışmazlığı səbəbindən azadlığa buraxılıb.
Qeyd edək ki, Salman Xanın 2002-ci ildə açılan daha bir məhkəməsi davam etməkdədir. O, avtomobilinin nəzarətini itirmiş və yol kənarında yatan insanların üzərinə çıxmışdı. Hadisə zamanı 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdı.
 
Aktual.az
Xəbər 876 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR