Dekabrin 4 də "Neft Daşları"nda və "Günəşli" yatağında baş vermiş faciələr zamanı itkin düşənlərdən 3-ü, xilas olunanlardan biri şimal bölgəsindəndir.
Şabranın Mollakamallı kənd sakini 40 yaşlı Ehtiram Məlikov dekabrın 4 də "Günəşli" yatağında baş verən yanğından sonra xilas olunanlardan biridir. Çəkiliş qurupumuz sözugedən yaşayış məntəqəsində də olarkən öyrəndik ki, Ehtiram təxiyyə edilən kimi Şabrana ailəsini, valideyinlərini görməyə gəlib. Bu gün səhər o özünü pis hiss etdiyindən Bakiya – Neftçilər xəstəxanasına qayıdıb.
"Başından yaralanıb. Qolu, ayağı yaralıdı. Qayıqdan düşəndə böyüklər onu evə gəlməyə qoymurdular. Amma o deyib ki, qoy gedim evə xəstə anamı-atamı görüm sonra qayıdaram", - deyə xilas olanın anası Sitarə Məlikova bildirdi.
4 dekabr dəniz faciəsində itkin düşənlərdən 3-ü isə Xaçmaz rayonundandır. Xaçmazın Əbilyataq kənd sakini Cavad Xudaverdiyev Neft Daşlarındakı bədbəxt hadisədə Xaçmaz Xudat şəhər sakini Edik Rzaxanov və Köhnə Xudat kənd sakini Ağa Mahmudov isə "Günəşli" yatağındaki yanğında itkin düşüblər.
Ağa Mahmudovun ata evində olarkən burada böyük bir izdiham gördük. Ağanın qohum–qardaşı, ailə üzvləri, kənd sakinləri onun itkin düşməsinə inanmaq istəmirdilər. Bir ay sonra əsgər gedəcək oğlu Vasif və həyat yoldaşı Ağa ilə sonuncu dəfə faciədən bir neçə saat əvvəl danışdıqlarını dedilər.
"Axırıncı dəfə mənimlə danışdı. Dedi özünüzdən muğayat olun. Ondan sonra bir xəbər yoxdu", deyə Ağanın oğlu Vasif Mahmudov bildirdi.
"Saat 4-ə kimi bizə zəng etdi. Dedi uşaqlardan muğayat ol. Özü də xəstə idi. Mən də məsləhət verirdim ki, hansı dərmanı atsın. Deyirdi ki, başı agrayır", Ağanın həyat yoldaşı İradə Mahmudova dedi.
Ailə ümidlə, səbirsizliklə Ağadan bir xəbər gözləyirdi. Artıq onun meyiti Fövqəladə Hallar Nazirliyi tərəfinden tapılıb.
Aktual.az