Bakıda küçədən meyit tapılıb.
Yasamal rayon Polis İdarəsindən APA-ya bildirilib ki, Bakı Dairəvi Yolda üzərində xəsarətləri olan naməlum kişi meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Teyyub Orucov olması müəyyən edilib.
Onun avtomobil vurması nəticəsində öldüyü güman edilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aktual.az
Xəbər 529 dəfə oxunub.