Zərdabda vəhşi heyvanlar yeniyetməyə hücum edib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində rayonun Məmmədqasımlı kəndində qeydə alınıb.
Kənd sakini, 2000-ci il təvəllüdlü Elvin Mobil oğlu Məmmədov otlaq sahəsində qoyun güdərkən çaqqalların hücumuna məruz qalıb. Sürüyə hücum edən çaqqallar E.Məmmədova qol və ayaq nahiyələrindən xəsarət yetiriblər. Yaralı təcili olaraq Zərdab Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, ona lazımi ilkin tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.
Yerli sakinlər çaqqalların gündüz saatlarında hücum etməsinin nadir hal olduğunu deyirlər.
Aktual.az
Xəbər 940 dəfə oxunub.