Zəngəzur marşrutu: Rusiya hər yolla... - Stankeviç

Zəngəzur marşrutu: Rusiya hər yolla... - Stankeviç

Sərhədin demarkasiyası mürəkkəb və uzun bir prosesdir. Və əslində Rusiyanın bu məsələdə birbaşa iştirakı vacib deyil.
Aktual.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Stankeviç deyib.
"Rusiyanın iştirakına ehtiyac yalnız bir halda yarana bilər. Bu, 1991-ci il Almatı Bəyannaməsinə aiddir və burada təbii ki, Rusiya da öz fikrini bildirdi və əsas moderator kimi çıxış etdi. Azərbaycan və Ermənistan hesab edirsə ki Rusiyanın iştirakı bu bəyannamə ilə bağlı materialların cəlb edilməsində faydalı olacaq, niyə də olmasın?! Düşünürəm ki, Rusiya XİN-i belə iştirakdan imtina etməyəcək. Lakin sərhəd məsələsi ikitərəfli olduğu üçün təşəbbüs müqavilə bağlayan tərəflərdən olmalıdır. Üçüncü tərəf kimi Rusiyanın necə iştirak edəcəyini müqavilə bağlayan iki tərəf müəyyənləşdirir.
Nəqliyyat kommunikasiyalarına gəlincə, Rusiya maraqlı tərəf kimi bir mühüm kommunikasiyada - Zəngəzur marşrutu adlanan layihədə maraqlıdır. Bu marşrut bir anda bir neçə ölkəyə - Rusiya, Azərbaycan və Ermənistan, o cümlədən İran, Türkiyə və eyni marşrut vasitəsilə Türkiyəyə və Avropaya çıxış əldə edən Orta Asiya ölkələrinə iqtisadi fayda gətirəcək. Ona görə də belə ciddi beynəlxalq layihənin həyata keçirilməsi üçün hər cür əsas var və Rusiya bu layihədə bütün mümkün yollarla iştirak etməyə hazırdır”, - o bildirib.
Xəbər 230 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR