Zelenskidən Mustəqillik Günüylə bağlı təsirli çıxış: “İngilis dilində danışan Conson…”

Zelenskidən Mustəqillik Günüylə bağlı təsirli çıxış: “İngilis dilində danışan Conson…”

Ukraynanın Prezidenti Volodimir Zelenski müstəqilliyin 31-ci illiyi ilə bağlı xalq müraciət edib.
 
Aktual.az qaynarinfo-ya istinadla müraciətin mətnini təqdim edir:

Müstəqil Ukraynanın azad xalqı!

Və bununla hər şey aydındır. Cəmi dörd söz, amma bu sözlərin mənasının altında o qədər şeylər var ki! Genişmiqyaslı müharibənin 182-ci günü. Bu sözlərdə nə qədər simvol və mənalar, şücaətlər və itkilər, sevinc və ağrı var. Ən əsası isə onlarda nə qədər həqiqət var. Bizim həqiqətimiz. Mübahisə etmək mümkün olmayan bu günümüz haqqında həqiqət, çünki görməmək və qəbul etməmək mümkün deyil. Biz müstəqil Ukraynanın azad xalqıyıq. Altı ay bizi məhv etməyə çalışdıqdan sonra biz müstəqil Ukraynanın azad xalqıyıq. Və bu, gələcəyimizlə bağlı həqiqətdir. Müstəqil Ukraynanın azad xalqı.

Altı ay əvvəl Rusiya bizə müharibə elan etdi. Fevralın 24-də bütün Ukrayna partlayış və atışma səsləri eşitdi. Və 24 avqustda biz, "Müstəqillik gününüz mübarək" sözlərini eşitməməli idik. Fevralın 24-də bizə dedilər ki, "Sizin şansınız yoxdur”. 24 avqustda isə biz deyirik: "Müstəqillik günün mübarək, Ukrayna!"

Bu altı ayda biz tarixi dəyişdik, dünyanı dəyişdik və özümüzü dəyişdik. İndi biz dəqiq bilirik ki, əslində kim bizim qardaşımız və dostumuzdur, kim heç təsadüfi tanışımız da deyil. Adını və reputasiyasını itirməyənləri, terrorçuların simasını xilas edəcəklərindən narahat olanları tanıdıq. Biz, kimin bizə ehtiyacı olmadığını və harada bizim üçün qapıların həqiqətən açıq olduğunu öyrəndik. Kimin kim olduğunu başa düşdük. Və bütün dünya ukraynalıların kim olduğunu öyrəndi. Və Ukraynanın nə olduğunu öyrəndi. Bundan sonra heç kim Ukrayna barədə "Haralardasa oralarda, Rusiyanın yaxınlığında yerləşir" deməyəcək.
Özümüzə hörmət etməyə başladıq. Başa düşdük ki, istənilən yardım və dəstəyə baxmayaraq, müstəqilliyimizi bizdən başqa heç kim müdafiə etməyəcək. Və biz birləşdik.

Hələ HİMARS-larımız yox idi, amma yalın əlləri ilə tankları dayandırmağa hazır olan insanlarım var idi. Bizim üçün hava məkanını bağlamağa hazır deyildilər, amma doğma yurdunu öz bədənləri ilə bağlamağa hazır olan insanlarımız var idi.

Ukrayna xalqı və onun cəsarəti bütün dünyanı ruhlandırdı. Onlar bəşəriyyətə ədalətin kinli dünyamızı tamamilə tərk etmədiyinə dair yeni bir ümid verdilər. Ümid verdilər ki, dünyamızda hələ də qalib gələn güc deyil, həqiqətdir. Pul deyil, dəyərlərdir. Neft deyil, insanlardır.

Hələ dünən dünya birləşməmişdi. COVID-19 açıq şəkildə göstərdi ki, hər bir insan özü üçündür. Altı aydan sonra Ukrayna bunu dəyişdi. Bütün dünya tarixi dərsliklərində "Ukraynanın dünyanı birləşdiyi dövrlər” bölməsi olacaq. Harada ki, demokratiyanın yenidən "dişləri” çıxıb. Tiraniya anladığı dildə cavab alır.
Biri nəfər deyirdi ki, "Avropa artıq oyunçu deyil. Zəif, parçalanmış, passiv və yuxuludur. Ukrayna bütün qitəni oyatdı. Avropa meydana daxil olur. Avropa sərt sanksiyalar tətbiq edir. Avropa yekdilliklə Ukraynanın Avropa Birliyinin gələcək üzvü olduğunu qəbul edir.

Böyük biznes pulun hələ də iyinin olduğunu başa düşdü. Qan, duman, ölüm iyi. Korporasiyalar və brendlər Rusiya bazarını tərk edir və insanlar potensial itkilərdən daha vacib olurlar.

Dünyada heç vaxt cəmiyyətin rəyi siyasətçilərə bu qədər təsir etməyib. Bu gün insanlar trendləri və davranış qaydalarını hakimiyyətə diktə edirlər. Biganə, hərəkətsiz, ləng olmaq ayıbdır. Qərarsız və çox ehtiyatlı olmaq ayıbdır. Lal, qeyri-müəyyən və çox diplomatik danışmaq ayıbdır. Ukraynaya dəstək verməmək ayıbdır. Ukraynadan yorulduğunu demək ayıbdır. Bu, çox rahat bir mövqedir: yorğunluq gözlərinizi bağlamaq üçün bir örtükdür. Bu gün isə dünya liderlərindən və sadə vətəndaşlardan "Biz sona qədər, qələbəyə qədər sizinlə olacağıq” sözlərini eşidirik.

Əziz xalqım!

Biz müstəqillik uğrunda bütün döyüşçüləri həmişə uca tutmuş, bu günü əsas bayram, mavi-sarı bayrağı ziyarətgah adlandırmışıq. Əllərimizi ürəklərimizin üstünə qoymuşuq, himni oxumuşuq, fəxrlə "Ukraynaya eşq olsun!” və "Qəhrəmanlara eşq olsun!" demişik.

Fevralın 24-də sözləri əməllə təsdiqləmək bizim üzərimizə düşdü. Həmin gün faktiki olaraq ikinci ümumkrayna referendumu baş tutdu. Yenə əsas sual. Yenə həlledici seçim. Amma bu dəfə müstəqilliyə bülletendə deyil, canla, vicdanla "hə” demək lazım idi. Seçki məntəqələrinə yox, hərbi komissarlıqlara, ərazi müdafiəsinə, könüllülər hərəkatına, informasiya qoşunlarına getmək və ya sadəcə olaraq öz yerimizdə, tam qüvvəmizlə, ümumi məqsəd üçün əzmlə, vicdanla çalışmaq lazım idi.

Hamımız dəyişmişik. Bəziləri ikinci dəfə doğulub. Bir insan, şəxsiyyət, vətəndaş, vətənpərvər, sadəcə bir ukraynalı kimi. Və bu, əlbəttə ki, yaxşı xəbərdir. Kimsə yoxa çıxıb. Ölməyib, həlak olmayıb, sadəcə buxarlanıb. Bir insan, şəxsiyyət, vətəndaş kimi, bir ukraynalı kimi. Və bu da əslində yaxşı xəbərdir. Biz daha bir-birimizə maneə olmayacağıq.

Biz seçim etdik. Bəziləri üçün bu Mariupoldur. Bəziləri üçün Monako. Amma kimin daha çox olduğunu bilirik. Və nəhayət, biz həqiqətən birləşdik. Fevralın 24-ü səhər saat 4-də doğulan yeni bir millət. Ağlamayan, qışqırmayan, qorxmayan millət. Qaçmadı. Təslim olmadı. Və unutmadı.

Bu bayraq haqqı olan hər yerdə olacaq. Donbasda da. Krımda da. Düşmən gül və şampanla qarşılayacağımızı gözləyirdi. Əvəzində çələnglər və "Molotov kokteyli” aldı. Alqış gözləyən zaman "bomba səsi" eşitdi.

İşğalçı bir neçə günə paytaxtımızın mərkəzində parad keçirəcəyinə inanırdı. Bu gün Xreşçatikdə bu "paradı” görə bilərsiniz (bu günlərdə Kiyevin əsas küçəsində məhv edilmiş rus texnikasının nümayişi keçirilir-red.). Düşmən texnikasının Kiyevin mərkəzində ancaq bu formada peyda ola bilərdi. Yandırılmış, dağıdılmış və məhv edilmiş.

Sizin ordunuzun necə olması bizə maraqlı deyil, bizim üçün önəmli olan torpaqlarımızdır. Onun üçün sona qədər döyüçəcəyik.

Altı aydır ki, ayaqdayıq. Bizim üçün çətindir, amma yumruqlarımızı sıxıb öz taleyimizi həll edirik. Hər yeni gün təslim olmamaq üçün yeni bir səbəbdir. Çünki bu qədər yoldan keçmişik, sona çatmamağa haqqımız yoxdur. Bizim üçün müharibənin sonu nədir? Əvvəllər biz sülh deyirdik. İndi biz qələbədən danışırıq.
Biz terrorçularla anlaşmaya getməyəcəyik. Baxmayaraq ki, müdafiə etməyə gəldiyiniz rus dilini anlayırıq. Və azad etməyə gəldiyiniz minlərlə insanı öldürdünüz.
İngilis dilində danışan Conson isə bütün bunları rus dilində edən qatillərdən, təcavüzkarlardan, qarətçilərdən qat-qat başa düşüləndir və bizə daha yaxındır.
Biz isə qorxudan, başımıza silah dayayıb danışıqlar masasına oturmuruq. Bizim üçün ən dəhşətlisi raketlər, təyyarələr, tanklar deyil, dəmir zəncirlərdir. Səngərlər deyil, qandallardır.

Biz isə yalnız bir dəfə, qələbəmizi qeyd edəndə əlmizi yuxarı qaldıracağıq. Bütün Ukraynada. Çünki biz torpaqlarımızla, insanlarımızla alver etmirik. Bizim üçün Ukrayna bütün Ukraynadır. Bütün 25 vilayət, heç bir güzəşt və kompromis olmadan. Artıq bu sözləri bilmirik, çünki onlar fevralın 24-də raketlərlə məhv edilib.
Donbas Ukraynadır. Və nə yolla olursa-olsun, onu geri qaytaracağıq. Krım Ukraynadır. Və nə yolla olursa-olsun, onu geri qaytaracağıq . Əsgərlərinizin ölməsini istəmirsiniz? Torpaqlarımızı azad edin. Analarınızın ağlamasını istəmirsiniz? Torpaqlarımızı azad edin. Bunlar bizim sadə və aydın şərtlərimizdir.
Müstəqil Ukraynanın azad xalqı!

Bu günü müxtəlif yerlərdə qeyd edirik. Bəziləri səngərlərdə və sığınacaqlarda, tanklarda və piyadaların döyüş maşınlarında, dənizdə və havadadır. Müstəqillik uğrunda mübarizədə ön plandadırlar. Bəziləri yolda, avtomobillərdə, yük maşınlarında və qatarlardadır. Müstəqillik uğrunda mübarizə aparır, lazım olanı cəbhədə olanlara çatdırır. Və kimsə - smartfonda və ya kompüterdə. O, həm də müstəqillik uğrunda mübarizə aparır - vəsait toplayır ki, yolda olanların cəbhədə olanlara aparacaqları bir şey olsun.

Biz bu günü müxtəlif şəraitdə, şərtlər altında və hətta müxtəlif saat qurşağında qeyd edirik, lakin yeganə məqsəd Ukraynanın müstəqilliyini qorumaq və qələbə çalmaqdır.

Biz birləşmişik!

Müstəqillik gününüz mübarək, Ukrayna!

Yaşasın Ukraynaya!
Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR