Zelenski tarixin ən görkəmli satıcısıdır - Tramp

Zelenski tarixin ən görkəmli satıcısıdır - Tramp
  • DÜNYA

Ağ Evə qayıdandan sonra Ukraynadakı müharibəni dayandıracağam. Lakin Kiyev və Moskva öz aralarında (ABŞ olmadan - red.) razılığa gələrsə, ABŞ milyardlarla dollar itirə bilər.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ-ın sabiq prezidenti və hazırkı prezidentliyə namizəd Donald Tramp Cənubi Karolina ştatında keçirilən mitinqdə deyib.
Tramp qeyd edib ki, Kremlin Ukraynaya qarşı müharibəsi sona çatmalıdır. Lakin o, bir daha Kiyevə əlavə hərbi yardımın göstərilməsinə razı olmadığını bildirib.
Eyni zamanda, Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini "tarixin ən görkəmli satıcısı" adlandırıb və Ukraynanın Rusiya ilə müqavilə bağlayacağı təqdirdə ABŞ-ın yüz milyardlarla dollar itirəcəyini vurğulayıb:
"O zaman onlar bizimlə daha iş görmək istəməyəcəklər".
Xəbər 148 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR