Zelenski Əsədə sanksiya tətbiq etdi

Zelenski Əsədə sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Suriya Prezidenti Bəşər Əsədə 10 il müddətinə fərdi sanksiya tətbiq edib.
Aktual.az xəbər verir ki, bu barədə sərəncam Ukrayna Prezidentinin saytında yayılıb.
Zelenski Əsədlə yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə 300 fiziki və 141 hüquqi şəxsə sanksiya tətbiq edib.
Bildirilib ki, onların 3-ü Suriya, 7-si İran və qalanları isə Rusiya vətəndaşlarıdır.
Qeyd edək ki, martın 14-də Bəşər Əsəd Moskvaya səfəri zamanı Rusiyanın ilhaq etdiyi Ukrayna vilayətlərini federasiyanın əraziləri olaraq tanıyıb.
Xəbər 610 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR