Zakir Qaralov ölkənin ictimai-siyasi və kriminal durumunu qiymətləndirdi

Zakir Qaralov ölkənin ictimai-siyasi və kriminal durumunu qiymətləndirdi

Azərbaycanın prokurorluq orqanları digər hüquq-mühafizə orqanları ilə birlikdə ölkədə ictimai siyasi sabitliyin qorunması, vətəndaşların hüquq və azadlıqların qorunması və cinayətkarlıq sahəsində müəyyən müsbət nəticələr əldə edilib.

Bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.

Z.Qaralovun sözlərinə görə, Azərbaycan MDB və Şərqi Avropa ölkələri sırasında ən təhlükəsiz respublikadır.

Onun sözlərinə görə, baş verən bütün ağır və xüsusi ilə ağır cinayətlərin tam əksəriyyəti açılıb. Yalnız bu ilin 9 ayı ərzində 156 qəsdən adam öldürmə cinayətinin 150-ni isti izlərlə açılmasını təmin edilib.

Hesabat dövründə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiya ilə mübarizə sahəsində də işlər davam etdirilib. Hesabat dövründə 224 nəfər vəzifəli şəxs barəsində 154 cinayət işi məhkəmələrə göndərilib. Hazırda isə Korrupsiya ilə mübarizə baş idarəsinin icratında 105 cinayət işi istintaq olunub.\trend

Aktual.az

Xəbər 632 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR