Zakir Həsənov: Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir

Zakir Həsənov:   Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir

Nazir görüş keçirib.

Martın 3-də Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir HəsənovMeksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriXuan Rodrigo Labardini Floreslə görüşüb.

Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, gegiondakı hərbi-siyasi şərait barədə qonağa məlumat verən müdafiə naziri Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyətini diqqətə çatdırıb.

Nazir Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycanla Meksika arasında əlaqələrin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Aktual.az

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR