Yüksək vəzifəli məmurların maaşı azaldılır

Yüksək vəzifəli məmurların maaşı azaldılır
  • DÜNYA

"Meksika hökuməti kütləvi etirazlara və soyğunçuluq hallarının artmasına səbəb olan benzinin qiymətinin qalxması fonunda yüksək vəzifəli rəsmi şəxslərin maaşının azaldılması barədə qərar qəbul edib".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Enrike Penya Nieto deyib.

Dövlət başçısı bildirib ki, benzinin qiymətinin qaldırılması nəticəsində xərclər 190 milyard peso (8,9 milyard dollar) azalıb: "Bundan başqa, yüksək vəzifəli rəsmi şəxslərin əməkhaqları 10 faiz azaldılacaq".

Qeyd edək ki, benzinin qiymətinin artırılması qərarı yanvarın 1-dən ölkədə kütləvi etirazlara səbəb olub. Son bir neçə gün ərzində Meksikada 370 ticarət obyekti qarət olunub.
 
Aktual.az
Xəbər 442 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR