Yol polisi Saatlıda reyd keçirdi

Yol polisi Saatlıda reyd keçirdi

Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, respublika yollarında təhlükəsizliyi təmin etmək üçün reydlər davam etdirilir.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Dövlət Yol Polisi bölməsinin və Post Patrul Xidməti əməkdaşlarının Saatlı rayonu ərazisində birgə keçirdikləri reyd zamanı 70-ə qədər qayda pozan sürücü haqqında protokol tərtib edilib.

Qaydanı pozanlar arasında avtomobili sərxoş və sürücülük hüququ olmadan idarə edən, “saxla” əmrinə tabe olmayan və sair qayda pozan sürücülər barəsində müvafiq protokollar tərtib edilməklə, onlara İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəzalar tətbiq edilib.

Həmçinin yan şüşələrə kustar üsulla hazırlanmış pərdə vuran və avtomobilin konstruksiyasına dəyişiklik etmiş sürücülər isə saxlanılaraq avtomobilləri cərimə meydançasına aparılıb.

/ Aktual.az

Xəbər 1078 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR