Yol polisi reydlərə başlayır

Yol polisi reydlərə başlayır

Avqustun 1-dən "Təmiz hava" aylığı başlayacaq.

Aktual.az xəbər verir ki,Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a verilən məlumata görə, nəqliyyat vasitələrindən normadan artıq atılan zərərli tullantıların qarşısının alınması sahəsində işin səmərəliliyinin artırılması məqsədilə avqust ayı ərzində Daxili İşlər və Ekalogiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları ölkə ərazisində, o cümlədən paytaxtda mütəmadi tədbirlər, reydlər keçirəcək. Həmin müddətdə tədbirlər planına uyğun olaraq təhlükəsizlik aylığı çərçivəsində avtomobil təsərrüfatı olan müəssisələrdə və təşkilatlarda xüsusi cihazlar vasitəsilə reydlər keçiriləcək.

İdarə sürücüləri texniki cəhətdən saz vəziyyətdə olmayan nəqliyyat vasitəsilə yola çıxmamağa çağırır.

Qeyd edək ki, mühərriyin ixrac etdiyi dəm qazının tərkibində karbon oksidin miqdarı normadan artıq olduqda nəqliyyat vasitəsi texniki cəhətdən nasaz hesab edilir və bu avtomobili idarə edən sürücü texniki nasazlığa görə inzibati məsuliyyətə cəlb edilir. 

 
Xəbər 634 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR