Yol hərəkətində tibbi qaydaların pozulmasına görə cəzalar dəyişdirilir

Yol hərəkətində tibbi qaydaların pozulmasına görə cəzalar dəyişdirilir

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulmasına görə, cəzalar yüngülləşdirilir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu barədə məsələ parlamentin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, dəyişikliklərdə Məcəllənin 166.3-cü bəndinin ləğv edilməsi təklif edilir.

Qeyd edək ki, 166.3-cü bəndə əsasən, nəqliyyat vasitələri sürücülərinin icbari qaydada tibbi müayinәdәn, təkrar müayinədən, həmçinin reys öncəsi, reysdən sonra cari tibbi müayinədən keçmələrini təşkil etməməyə görə, vəzifəli şəxslər qırx manatdan əlli manatadək, hüquqi şəxslər isə yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

Xəbər 572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR