Yerli mallar vergidən azad oluna bilər

Yerli mallar vergidən azad oluna bilər

Bəzi yerli istehsal olan malların vergi rüsumundan azad olunması, vergi rüsumlarının azaldılması ilə bağlı təkliflər hazırlayıb hökumətə təqdim etmişik.

Aktual.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri martın 30-da Azərbaycan-Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevlə “Gömrük islahatları, yeniliklər və perspektivlər” mövzusunda işgüzar görüşü zamanı DGK-nın sədri deyib.

TÜSİAB-ın sədri Yavuz Keleş Azərbaycan və Türkiyə arasında baş tutan uğurlu iqtisadi əməkdaşlıqdan bəhs edib və türk iş adamları üçün Azərbaycanda yaradılan əlverişli iqtisadi şəraitdən məmnunluğunu bildirib.

Azərbaycanın türk iş adamları üçün bütün imkanları yaratdığını qeyd edən sədr bu isti münasibətin nümunəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərini diqqətə çəkib. Türkiyədə baş verən terror hadisələri zamanı Azərbaycanın bir daha Türkiyənin yanında olduğunu və qardaş ölkə kimi dəstək verdiyi vurğulanıb.

Y.Keleş Azərbaycan Prezidentinin tapşırığı ilə həyata keçirilən islahatların ölkə iqtisadiyyatına, həmçinin türk iş adamlarına müsbət təsirini bildirib.

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR