Yeniyetməni küt alətlə hədələyib mobil telefonunu alan şəxs tutuldu

Yeniyetməni küt alətlə hədələyib mobil telefonunu alan şəxs tutuldu

Quldurluq etməkdə şübhəli bilinən Bərdə sakini saxlanılıb.

DİN-dən Aktual.az-a verilən məlumata görə, yanvarın 7-də Bərdə rayonu ərazisində naməlum şəxs şəhər sakini olan bir yeniyetməni küt alətlə hədələyib mobil telefonunu alıb.
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmyerlisi Rəşad Əhmədov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə cinayət işi başlanıb.
 
Aktual.az
Xəbər 197 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR