Yeni kəşf olunmuş səma cisminə Sezen Aksunun adı verildi

Yeni kəşf olunmuş səma cisminə Sezen Aksunun adı verildi
  • DÜNYA

Fransalı alim Jan Klod Merlin yeni səma cismi kəşf edib

"Ölkə.Az" xəbər verir ki, yeni səma cismi türk müğənni Sezen Aksunun şərəfinə "266854 Sezenaksu" adlandırılıb.

Janın verdiyi xəbərə görə, 2009-cu ildə evində kompüterlə ABŞ-ın Arizona əyalətindəki teleskopu idarə edərək bir araşdırma aparırmış. 

Araşdırma əsnasında bir səma cismi kəşf edib. Kəşf Beynəlxalq Astronomiya İttifaqına məruzə edilib və qeydə alınması üçün səma cisminə ad verməli olub. Alim səma cisminin adını bir kino səhnəsində tapıb. Söhbət rejissor Ferzan Özpetekin "Serseri Mayınlar" filmindən gedir. 

Filmi izləyən Jan ruhuna işləyən musiqi və səs duyub. Sezenin mahnısı və ifası onun çox xoşuna gəlib.

Mahnını dinləyən Jan səma cisminə müğənninin adını verib.
 
Aktual.az
Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR