Yeni dünyanı onlar quracaq - yəhudilərin 40 il sonra açıqlayacağı SİRR

Yeni dünyanı onlar quracaq - yəhudilərin 40 il sonra açıqlayacağı SİRR
  • DÜNYA

1950-i illərdə Yəməndən olan 5 min yəhudi uşaq itdi və bu günə qədər onların taleyi məlum deyil.

Publika.az bu sirli hadisənin detallarını təqdim edir.

1948-1954-cü illər: İsrail dövlətinin yeni qurulduğu dövrlər idi. Altı il ərzində Yəmən yəhudisi olan 5 min nəfər yeni yaradılan İsrailə gətirilir. Uşaqlar müxtəlif xəstəxanalarda müalicə olunurdu, lakin onların hamısı xəstəxanalardan itdi.

Uşaqları itən ailələr həmin dövrü belə xatırlayır: "Uşaqlarımızı xəstəxanaya apardıq. Qısa zaman sonra bizə onların öldüyünü dedilər. Dəfn etmək üçün cəsədlərini istədik, "Hamısı dəfn edildi” cavabını verdilər”.

Lakin ailələr uşaqlarının öldüyünə inanmırlar. Bir çoxları uşaqlarının uzaq yerlərə aparıldığını, yaxud övladlıq üçün satıldığını düşünür.

Daha əvvəl itən yəhudi uşaqlarla bağlı komissiya yaradan İsrail belə açıqlama verdi: "Heç bir şey tapılmadı”. "Keçmişi çox da araşdırmayaq”. "Nə olduğunu heç vaxt bilməyəcəyik”.

Bir neçə il öncə isə İsrail hökuməti bu məsələ ilə bağlı üç müxtəlif araşdırma apardı. Araşdırmaların birində sadəcə ailələr dindirildi. Sonuncu araşdırmada isə ailələrlə yanaşı, həmin vaxt xəstəxanada çalışmış şəxslər də dindirildi. Lakin sonra bu ifadələrin ictimaiyyətə açıqlanmayacağı, hər şeyin 2066-cı ilə qədər arxivlərdə qalacağı qərarı verildi.

2016-cı ilin iyul ayında isə İsrailin baş naziri Benyamin Netanyahu nazir Tzachi Hanegbinə uşaqların itməsi ilə bağlı məsələsinin ictimaiyyətə açıqlanıb-açıqlanmamasını araşdırmağı tapşırdı. Hanegbin isə qısa müddət sonra ictimaiyyətə belə açıqlama verdi: "Nə olduğunu heç vaxt bilməyəcəksiniz”.

Bu sirli hadisə nə qədər araşdırılsa da, heç bir məlumat əldə edilməyib. Ehtimallara görə, İsrail hökuməti uşaqların itməsi məsələsini bilir, lakin açıqlamır. Uşaqların yaşadığı iddia olunur, lakin məlumatların niyə 2066-cı ildə açıqlanacağı sirr olaraq qalır. Mütəxəssislər hesab edir ki, yəhudi liderləri 2066-cı ildən sonra dünya üçün yeni nələrsə etməyi planlaşdırır. İtən uşaqların taleyi də məhz həmin vaxt açıqlanacaq.

Aktual.az
Xəbər 1727 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR