Yaxın üç ildə 50-yə yaxın bank Rusiya bazarını tərk edə bilər

Yaxın üç ildə 50-yə yaxın bank Rusiya bazarını tərk edə bilər

"Yaxın üç ildə 50-yə yaxın bank Rusiya bazarını tərk edə bilər”.
Aktual.az  xəbər verir ki, bunu ACRA reytinq agentliyinin rəhbəri Mixail Suxov "İzvestiya” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bazarı tərk etməklərinin səbəbləri və ehtimalı daha çox bankların növləri ilə müəyyən edilir. Ekspert onları şərti olaraq üç qrupa ayırıb.
"Birincisi xaricidir. Buradan çıxış sürəti daha çox inzibati qərarlardan və əsas bankların tənzimləyiciləri ilə münasibətdən, həmçinin getmənin nə dərəcədə sərfəli olmasından asılıdır. İkinci qrup iri şirkətlərə və ya müəssisələrə məxsus kiçik banklardır. Məsələn, ödəniş biznesinə xidmət göstərənlər.
İndiki şəraitdə aydın olur ki, əməliyyat biznesi yeganə gəlir mənbəyi ola bilməz, daha sərfəli bazarlara - kreditləşməyə çıxmaq lazımdır. Aşağı kapitalla hər kəs uğur qazana bilməz. Üçüncü qrupa sahibləri xərcləri azaldacaq daha böyük qruplar daxilində kredit təşkilatlarıdır”.
İri xarici bankların Rusiya bazarından mümkün çıxarılması ilə bağlı sualı cavablandıran Mixail Suxov qeyd edib ki, agentlik onların biznesində azalma görür, lakin bundan sonrakı qərarlar bu kredit təşkilatlarının sahiblərindən və idarəçilərindən asılı olacaq.

Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR