Yarmarkaların yenidən açılacağı tarix bəlli oldu

Yarmarkaların yenidən açılacağı tarix bəlli oldu

Bakı şəhərində kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları Qurban bayramı günlərində bərpa olunacaq. 

Aktual.az-ın "Report"a istinadən xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
 
O qeyd edib ki, yarmarkaların təşkili ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müvafiq ünvanlar təqdim olunub: 

"Bakı Şəhər İcra Hakimiyyəti ilə apardığımız danışıqlar nəticəsində bu məsələ artıq həllini tapıb. Qurban bayramı ərəfəsində bir neçə yerdə yarmarka təşkil ediləcək. Bəzi yarmarkaların ünvanları dəyişdiriləcək. Hələlik ünvanlar nazirlik və icra hakimiyyəti ilə birgə nəzərdən keçirilir. Malların əhaliyə ucuz qiymətə satışı və kənd təsərrüfatı məhsullarının istehsalçılarının asanlıqla bazara çıxışı yenidən təmin ediləcək".

Xəbər 641 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR