"Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur və Şimali Atlantika Alyansının ölkədə nümayəndəliyinin açılması ilə bağlı qərar hələ verilməyib”.
Bunu ölkənin Baş naziri Fumio Kişida parlamentin Yuxarı Palatasının plenar iclasında deputatların suallarını cavablandırarkən deyib:
"Yaponiyanın NATO-ya nə daimi, nə də assosiativ üzv kimi daxil olmaq planları var”.
Aktual.az xəbər verir ki. Eyni zamanda, o, beynəlxalq nizamın hazırda üzləşdiyi çətin çağırışları nəzərə alaraq ölkəsinin NATO-ya üzv dövlətlər və onların müttəfiqləri ilə əməkdaşlığı gücləndirməyə davam edəcəyini vurğulayıb.
Xəbər 241 dəfə oxunub.