Yanukoviç 45 ildən sonra boşandı

Yanukoviç 45 ildən sonra boşandı
  • DÜNYA

Daha bir keçmiş prezident arvadından boşanıb.

Cebhe.info xəbər verir ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç 45 illik nikahdan sonra arvadı Lyudmila ilə yollarını rəsmən ayırıb.

Almaniyada nəşr olunan " Der Spiegel” jurnalına bu barədə danışan Yanukoviç keçmiş arvadının ixtisasca mühəndis olduğunu deyib. Hazırda Lyudmila Yanukoviç ev xanımıdır. Həyat yoldaşı 2014-cü ildə Rusiyaya qaçdıqdan sonra Lyudmila Krımda yaşayır.

Alman dərgisinin yazdığına görə, sabiq prezident hazırda keçmiş aşpazının bacısı ilə bir yerdə yaşayır.

Aktual.az
Xəbər 513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR